DÜNYA ÖZ XƏBƏR

Zelenski Trampdan Ukraynanın güclü mövqedə olmasını istəyir

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampdan Kiyevin danışıqlarda güclü mövqedə olmasını istəyir.

Zelenski bunu bütün Ukrayna üzrə yayımlanan telemarafonda keçirilən mətbuat konfransında bildirib. O vurğulayıb ki, Ukraynanın müharibəni danışıqlar yolu ilə başa çatdırmaq və bu prosesdə güclü mövqeyə sahib olmaq üçün şansa ehtiyacı var.

32gun.az-ın The Washington Post-a istinadən məlumatına görə, Tramp və Zelenski arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı fikir ayrılıqları yarana bilər.

Nəşr qeyd edir ki, Zelenski təhlükəsizlik zəmanətləri, müstəqil gələcək və ərazilərin qaytarılmasını istəyir, Tramp isə münaqişənin tez bir zamanda başa çatmasını tələb edir.

Ayxan 

Oxşar Xəbərlər