Britaniya və Fransa digər Avropa ölkələrini Ukraynaya qoşun yeritməyə razı salmaq cəhdlərində uğursuzluğa düçar oldular, Amerika rəsmiləri isə bu planı rədd etdilər.
32gun.az bildirir ki, bu barədə The Wall Street Journal yazır.
Məqalədə qeyd olunur ki, London və Paris Birləşmiş Ştatların lazım gələrsə onların təhlükəsizliyinə zəmanət verməyə hazır olduğuna dair artan şübhələr fonunda Ukraynaya sülh sazişini dəstəkləmək üçün qoşun göndərməyin zəruriliyinə müttəfiqlərini inandıra bilmir.
Qəzetin yazdığına görə, Avropa ABŞ-ın respublika ərazisində Avropa qüvvələrinin yerləşdirilməsinə dəstək verməkdə hər hansı rol oynayıb- oynamayacağından narahatdır .
Mətndə deyilir: " Vaşinqton hələlik heç bir öhdəlik təklif etməyib və bəzi yüksək rütbəli ABŞ rəsmiləri Avropa planını rədd ediblər".
Ayxan