DÜNYA ÖZ XƏBƏR

Hava limanında əcnəbi vətəndaş dava salıb - Rusiyada/ VİDEO

Norilskdə hava limanında dava salan xarici vətəndaşa cərimə kəsilib

Norilskdə 40 yaşlı xarici vətəndaş hava limanında tanışı ilə dava salıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir kiki, bu barədə regional nəqliyyat polisi məlumat yayıb.

Hadisə Norilsk hava limanında baş verib. Məlumata görə, tanışı ilə mübahisə zamanı xarici vətəndaş onu davaya təhrik edib. Hadisə şahidləri müdaxilə edərək təcavüzkarı hüquq-mühafizə orqanları gələnə qədər saxlayıblar.

Qayda pozucusu polis bölməsinə aparılıb. Məlum olub ki, həmin şəxs daha əvvəl də oxşar qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib. Onun barəsində Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 1-ci hissəsinə əsasən (Xırda xuliqanlıq) protokol tərtib edilib və ona inzibati cərimə tətbiq olunub.

Ayxan 

Oxşar Xəbərlər