Vladimir Putin: ABŞ-ın Qrenlandiyanı birləşdirmə planları var
Rusiya Prezidenti Vladimir Putin, Mürmansk bölgəsinə işgüzar səfəri zamanı ABŞ-ın Qrenlandiyanı birləşdirmə ilə bağlı ciddi planları olduğunu bildirib.
32gun.az bildirir ki, bu barədə РИА Novosti məlumat yayıb.
Prezident qeyd edib: "Amerika tərəfi Qrenlandiya ilə bağlı ciddi planlara sahibdir. Bu planların uzun və tarixi kökləri var".
Rusiya lideri həmçinin "Perm" adlı yeni nüvə sualtı qayıqının suya salınma mərasimini başlatdı. Qayıq, "Tsirkon" hipersəs qanadlı raketləri ilə təchiz olunub. Putin, Rusiya Dəniz Qüvvələrinin Arktikada inkişafının vacibliyini vurğulayıb.
Ayxan