ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasındakı yerini qorumaq üçün konqresmen Elise Stefanikin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyini verməmək qərarına gəldiyini açıqlayıb.
32gun.az bildirir ki, o Truth sosial şəbəkəsində yazıb.
"Mən ən böyük müttəfiqim kimi Elizdən tarixi vergi endirimlərini həyata keçirməkdə mənə kömək etmək üçün Konqresdə qalmasını xahiş etdim” deyə Tramp özünün Truth Social səhifəsində yazıb.
Eyni zamanda prezident qarşıdan gələn təkrar seçkilərdə onun uğur qazanacağına inandığını bildirib və onun palatadakı yerini riskə atmaq istəmədiyini izah edib.
O, həmçinin əlavə edib ki, ABŞ-ın BMT-dəki nümayəndəsi kimi səmərəli fəaliyyət göstərə biləcək başqa namizədlər də var.
Stefanik əvvəllər ABŞ-ın ÜST-dən çıxmasını dəstəkləyib.
Ayxan