Hurgadada batiskaf qəzası nəticəsində altı rusiyalı, o cümlədən iki uşaq həyatını itirdi
Misirdəki Rusiya Baş Konsulluğu, Hurgadada "Sindbad" adlı gəmi-batiskafın qəzası nəticəsində altı rusiyalının, o cümlədən iki uşağın həlak olduğunu təsdiqləyib.
32gun.az bildirir ki, bu
u barədə diplomatik nümayəndəlik öz Telegram kanalında məlumat verib.
"Rusiya Baş Konsulluğu Hurgadada üzüntü ilə bildirir ki, bu gün "Sindbad" batiskafının qəzası nəticəsində altı rusiyalı, o cümlədən iki uşaq həlak olub", - məlumatda deyilir.
Konsulluq, faciəvi hadisə ilə əlaqədar olaraq, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Bundan əlavə, Hurgadadakı xəstəxanalarda hələ də yeddi rusiyalı qaldığı bildirilib, bunlardan beşi azyaşlıdır. Həkimlər onların vəziyyətinin təhlükə törətmədiyini bildiriblər.
Qəza baş verdikdən sonra, Hurgadadakı sahil yaxınlığında batiskaf turları təxirə salınıb.
Nilay