DÜNYA ÖZ XƏBƏR

Husilər Amerika pilotsuz təyyarəsini vurduqlarını iddia edirlər

Husilər Yəmən səmasında ABŞ-a məxsus MQ-9 Reaper dronunu vurdu

"Ənsar Allah" hərəkatının husiləri Yəmən hava məkanında ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatını məhv edib.

32gun.az bildirir ki, bu barədə üsyançılar tərəfindən formalaşdırılmış silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya "Al Masirah" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, dron ölkənin Mərib vilayəti üzərində husilərin hava hücumundan müdafiə qüvvələri tərəfindən "yerli istehsal" olan zenit raketi ilə vurulub.

Sariə vurğulayıb ki, Qəzza zolağında eskalasiyanın başlanmasından bəri Yəmən husiləri 16 ABŞ pilotsuz uçuş aparatını məhv edib.

Martın 30-da husilər İsrailin Ben-Qurion hava limanı və Təl-Əvivdəki hərbi obyektə ballistik raket zərbələri endirdiklərini, həmçinin ABŞ hərbi gəmilərini Qırmızı dənizin cənubuna irəliləməsinin qarşısını aldıqlarını bəyan ediblər.

Ayxan 

Oxşar Xəbərlər