Rusiyada Tver sakini mübahisə zamanı arvadının itini 13-cü mərtəbədən atıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayət polisindən məlumat verilib.
Fövqəladə hadisə martın 30-da Lemeşeva küçəsində yerləşən yaşayış kompleksində baş verib. Həmin axşam yerli sakin içki içərək arvadı ilə mübahisə edib. Ailədaxili mübahisə zamanı o, itini tutub pəncərədən atıb. Ev heyvanı 13 mərtəbə hündürlükdən yerə yıxılıb və həyatla ölümcül xəsarətlər alıb.
Bundan sonra kişi sümükləri sınmış fransız buldoqunu götürüb zibil qutusuna atıb. İtin sahibi özü heyvanın meyitini zibil qabından çıxarıb. Hadisəyə cütlüyün qonşuları şahid olub.
Şəhər sakini haqqında azyaşlının yanında heyvanlara qarşı amansız davranma maddəsi ilə cinayət işi açılıb. Məhkəmə kişini günahkar hesab edib; onu beş ilə qədər həbs gözləyir.
Nilay