DÜNYA ÖZ XƏBƏR

Dünya nizamının konfiqurasiyası Rusiya və ABŞ-ın qərarlarından asılı olacaq

Rusiya və ABŞ- ın qərarları qlobal strateji sabitliyə görə məsuliyyət daşıyır. Dünya nizamının konfiqurasiyası onların qərarlarından asılı olacaq.

32gun.az bildirir ki, bunu RİA Novosti-yə müsahibəsində Çinin xarici işlər naziri Van Yi deyib. 

“Dünyanın aparıcı gücləri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya və ABŞ planetdə sülh və əmin-amanlıq, ilk növbədə qlobal strateji sabitlik üçün əhəmiyyətli bir məsuliyyət daşıyır”, - o deyib.

Nazirin sözlərinə görə, Rusiya və Amerika tərəfləri arasında münasibətlər beynəlxalq ictimaiyyətin daim diqqət mərkəzində olacaq.

Həmin müsahibə zamanı Vanq Yi qeyd edib ki, Rusiya ilə Çin arasında əməkdaşlıq sürətli qatara bənzəyir - qatar irəliləyir, yalnız landşaft dəyişir.

Çin Xarici İşlər Nazirliyinin rəhbəri bazar ertəsi, martın 31-də Rusiyaya rəsmi səfərə gəlib. Onun səfəri aprelin 2-nə qədər davam edəcək. Vanq Yi rusiyalı həmkarı Sergey Lavrovla əsas beynəlxalq məsələləri, o cümlədən Ukraynada sülh yolu ilə nizamlanmanı müzakirə etmək üçün görüşəcək.

Ayxan 

Oxşar Xəbərlər