Perm vilayətində yeniyetmələr 53 yaşlı tanışlarını döyməkdə ittiham olunurlar.
32gun.az bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Hadisə rayonun Tarova kəndində baş verib. İstintaqın məlumatına görə, 14-15 yaşlı məktəblilərlə bir kişi arasında münaqişə baş verib. Mübahisə zamanı məktəblilər zərərçəkmişi təpik, yumruq və plastik kanistrlə döyüblər. Baş verənlərdən sonra kişi sağ qalmayıb.
Gənclərə qarşı sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, hadisə baş verən zaman yeniyetmələr sərxoş vəziyyətdə olublar.
Artıq gənclərə qarşı ittiham irəli sürülüb və müstəntiqlər müttəhimlərin həbsi üçün vəsatət qaldırırlar. Hazırda İstintaq Komitəsinin əməkdaşları tərəfindən sübut bazasının möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Nilay