Əskişəhərdə yaşayan 15 yaşlı Fatma B. adlı qız yoxa çıxıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əskişəhərdə gecə terrasa çıxacağını dedikdən sonra yoxa çıxan 15 yaşlı qızın ailəsindən xəbər yoxdur.
Əskişəhərdə yaşayan 15 yaşlı Fatma B. adlı qız gecə saatlarında ailəsinə terrasa getdiyini deyərək evdən çıxıb. Əynində hırka, qara köynək, qara idman şalvar və ağ ayaqqabı olan Fatma B. geri qayıtmayınca ailəsi narahat olub.
Ailənin polisə xəbər verməsindən sonra qızın tapılması üçün əməliyyat başlayıb.
Ayxan