İlk dəfə 2024-cü ilin iyulunda Avstraliyada aşkar edilən Covid-19-un yeni "LP.8.1" variantı sürətlə yayılır. Müvafiq olaraq, "LP.8.1" ölkənin Yeni Cənubi Uels (NSW) əyalətində Covid-19 halları arasında üçüncü ən dominant variant olub.
32gun.az bildirir ki, SBS News məlumat yayıb.
Qeyd edilib ki, "LP.8.1" simptomları digər dövriyyədə olan variantlarla müqayisədə "daha şiddətli görünmür".
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanvar ayında "LP.8.1" variantının qlobal yayılması səbəbindən "monitorinq altında" olduğunu elan etdi.
Bu il Avstraliyada 45,000-ə yaxın yeni Covid-19 hadisəsi qeydə alınıb, 260-a yaxın insan virusa görə xəstəxanada müalicə olunur.
Ayxan