DÜNYA ÖZ XƏBƏR

Binada qaz partlayıb

Nijni Novqorod vilayətində, Perevoz şəhərində Sovetski prospekti, 11 ünvanında yerləşən binada qaz-hava qarışığı partlayışı baş verib .

32gun.az bildirir ki, "Novosti Nijni Novqoroda” Telegram kanalının məlumatına görə , hadisə mənzildə baş verib.

Lakin regional Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında inzibati binaya işarə edilib.

Hadisə nəticəsində ona yaxın pəncərə sınsa da, tələfat olmayıb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri operativ şəkildə hadisə yerinə gələrək konstruksiyaya dəymiş ziyanın həcmini qiymətləndirib və lazımi yoxlamalar aparıblar.

İdarə hadisənin təfərrüatlarını aydınlaşdırır. Məlumat aktual olaraq qalır və yeni məlumatlar əldə olunduqca əlavə oluna bilər.

Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir. Mümkün risklərin qarşısını almaq və vəziyyəti normallaşdırmaq üçün yerli hakimiyyət orqanları və fövqəladə hallar xidmətləri yerində işləyir.

Martın 27-də Leninqrad vilayətinin Vıborq rayonunda yerləşən Primorsk şəhərinin sakinləri çoxmənzilli binalardan birində partlayışın ardınca yanğın baş verdiyi barədə məlumat veriblər.

Ayxan 

Oxşar Xəbərlər