Pskovdan Soçiyə uçan Azimut Hava Yollarına məxsus təyyarə uçuş zamanı quşla toqquşub. Təyyarədə 69 sərnişin olub. Təyyarə komandiri uçuşu dayandırmamaq, təyinat hava limanına getmək qərarına gəlib.
32gun.az bildirir ki, “Авиаинцидент” Telegram kanalının məlumatına görə, hadisələr aprelin 1-də baş verib.Kapitan ön şüşədə qan gördüyü üçün təyyarənin quşla toqquşduğunu yerə bildirib.
Daha sonra uçuş-enmə zolağına baxış zamanı şahin cəsədi aşkar edilib.
Ayxan