DÜNYA ÖZ XƏBƏR

Parkda uşaq meydançasında dava düşüb

Tekirdağda uşaq parkında iki qrup şəxs arasında dava düşüb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə Tekirdağın Çorlu rayonunda, Reşadiye məhəlləsində, Şinasi Kurşun küçəsində yerləşən uşaq meydançasında baş verib. Gecə saatlarında naməlum səbəbdən mübahisə edən iki qrup birdən əlbəyaxa olub.

Dava zamanı bəzi insanlar yerə yıxılıb. Məhəllə sakinləri müdaxilə edərək tərəfləri ayırıblar. Dava anları vətəndaşın mobil telefonuna lentə aldığı görüntülərdə əks olunub. Polis davada iştirak edən şəxslərin müəyyən edilməsi üçün araşdırmalara başlayıb.

Ayxan 

Oxşar Xəbərlər