Alimlər Malayziya xəstəxanasında antibiotiklərə yüksək davamlılığa malik yeni bakteriya ştammını müəyyən ediblər.
32gun.az bildirir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb . Tədqiqatçıların fikrincə, mikroorqanizm müxtəlif orqanlara, o cümlədən tənəffüs sisteminə təsir edərək ciddi infeksiyalar törətməyə qadirdir.
Bakteriyaların təhlükəsi ona qarşı standart müalicələrin təsirsiz olmasıdır. Bu, bütün dünyada xəstələr üçün potensial təhlükə yaradır. Birmingem Universitetindən Dr David Cleary-nin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu təhlükəli patogenin yayılmasını və onun insan orqanizminə təsirini təhlil edib.
Microbial Genomics jurnalında dərc edilən araşdırmaya görə, bu tip bakteriyalar xüsusilə səhiyyə müəssisələrində yayılmışdır. İnfeksiya çirklənmiş səthlərlə və ya tibbi alətlərlə təmasda baş verə bilər.
Kliri bildirib ki, bu ştamla mübarizənin açarı onun yayılmasını izləmək və yeni terapevtik strategiyalar hazırlamaqdır. Alim qeyd edir ki, mütərəqqi diaqnostika və müalicə üsullarına çıxışın məhdud olduğu orta gəlirli ölkələr daha çox risk altındadır. Bu baxımdan infeksiyanın aşkarlanması və ona nəzarətin effektiv üsullarının inkişafı qlobal tibb ictimaiyyəti üçün prioritet məsələyə çevrilir.
Nilay