DÜNYA ÖZ XƏBƏR

Uşaqlar analarını sərxoş atası tərəfindən döyülməkdən xilas ediblər

Rusiyada Altayda uşaqlar sərxoş atadan analarını xilas ediblər.

Yetkinlik yaşına çatmayanlar dava salanı otağa salıb polisə zəng ediblər.

32gun.az bildirir ki, bu barədə Sülh Ədliyyələrinin fəaliyyətinin təmin edilməsi departamentinin mətbuat xidməti məlumat yayıb. 
Həyat yoldaşları arasında qadının yaxın qohumları ilə bağlı münaqişə yaranıb, dalaşma zamanı kişi arvadını amansızlıqla döyüb yerə yıxıb. Uşaqlar analarına kömək etməyə tələsib, qəzəbli atanı zərərçəkəndən uzaqlaşdırıb, başqa otağa salıb polisə zəng ediblər.
Yetkinlik yaşına çatmayanlar dava salanı uzun müddət saxlaya bilməyiblər, o, qaçıb mebelləri sındırmağa və arvadını hədələməyə başlayıb. Hadisə yerinə gələn polis dəstəsi cinayətkarı saxlayıb. İstintaq zamanı Barnaul sakini günahını etiraf etməyib.
Məhkəmənin hökmü ilə ona 200 saat məcburi ictimai iş cəzası təyin edilib.
Bundan əvvəl Tatarıstanda keçmiş arvadını barışmaq məqsədilə meşəyə aparan kişinin cəzalandırıldığı bildirilmişdi. 51 yaşlı sərxoş kişi keçmiş arvadı ilə barışmaq qərarına gəlib. O, qadının əllərini bağlayıb, onu meşəyə aparıb, döyüb və onunla yenidən evlənməyi tələb edərək fiziki məhv hədəsi ilə qorxudub. Aqressor qadını yalnız onun təklifini qəbul etdikdən sonra buraxıb.
Ayxan 

Oxşar Xəbərlər