Günlərdir xəbər alınmayan qadın Kırıkkaledə tək yaşadığı evində ölü tapılıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Vətən küçəsində yerləşən mənzildə baş verib. Alınan məlumata görə, qonşularının uzun müddətdir xəbər tutmadığı Bediha Ertan (69) üçün 112 Təcili Zəng Mərkəzinə məlumat verilib.
Xəbərdarlıq üzərinə polis, sağlamlıq və xilasetmə qrupları ünvana sövq edilib. Yanğınsöndürənlərin köməkliyi ilə evə daxil olan polis yaşlı qadını çarpayısında hərəkətsiz vəziyyətdə aşkarlayıb. Həkim qrupları tərəfindən aparılan müayinədən sonra 69 yaşlı qadının öldüyü müəyyən edilib. Hadisə yerinə gələn məhkəmə-tibb həkimi Bediha Ertanın təbii səbəblərdən öldüyünü müəyyən edib.
Evdə tək yaşamağa qərarlı olan Bediha Ertanın şəkər xəstəliyi və yüksək təzyiq olduğu bildirilib.
Ayxan