Rusiyada Perm vilayətinin Berezniki şəhərindəki sənaye müəssisəsində transformatorun alışması nəticəsində güclü yanğın baş verib.
32gun.az bildirir ki, bu barədə aprelin 3-də Rusiyanın regional Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Fövqəladə hadisə nəticəsində binanın dam örtüyü qismən uçub. İlkin məlumata görə, itki yoxdur.
“İlkin yanğınsöndürmə və xilasetmə qüvvələri hadisə yerinə gələrkən müəyyən edilib ki, sənaye müəssisəsində transformatorda yanğın baş verib.
Sodovaya küçəsində yerləşən müəssisədə yanğının söndürülməsinə 40-dan çox canlı qüvvə və 16 texnika cəlb olunub.
Ayxan