Rusiyada Vladimirdə bir kişi keçmiş arvadının qisası səbəbindən öz mənzilinə girə bilməyib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, gələn xilasedicilər qapının bütün perimetri boyunca montaj köpüyü ilə doldurulduğunu aşkar ediblər. Yarım saatlıq işdən sonra onlar içəri girə bildilər, orada dağıntı aşkarlanıb: cırılmış divar kağızları, sındırılmış plitələr və köpüklə doldurulmuş daxili qapılar...
Kişi, mənzilin keçmiş arvadı ilə ortaq mülkiyyətdə olduğunu, lakin orada yeni ortağı ilə yaşadığını söyləyib.
Onun fikrincə, qadın ondan bu şəkildə qisas alıb. Xilasedicilər etiraf etdilər ki, ilk dəfə belə bir hadisə ilə qarşılaşırlar.
Nilay