DÜNYA ÖZ XƏBƏR

Bayramda həm arvadını, həm də qızını öldürüb

Sultanqazidə Hayrettin Kırbaş (70) arvadı Xəticə Kırbaşı (67) və qızı Zeliha Kırbaşı (46) ov tüfəngi ilə öldürüb, daha sonra intihar edib.

32gun.az bildirir ki, Cebeci rayonunda baş verib. Əldə edilən məlumata görə, psixoloji müalicə aldığı iddia edilən Hayrettin Kırbaş həyat yoldaşı Hatice Kırbaş (67) və qızı Zeliha Kırbaş (46) ilə mübahisə edib.

Mübahisədən sonra Kırbaş evdən ov tüfəngini götürərək arvadını, daha sonra qızını öldürüb, daha sonra isə intihar edib. Silah səslərini eşidənlər polisə xəbər veriblər.

Hadisə yerinə gələn polis qrupları xüsusi əməliyyat polisinin müşayiəti ilə qapısı bağlı olan mənzilə daxil olub. Ekipajlar evdə olanların hamısının öldüyünü müəyyən ediblər. 3 nəfərin meyiti müayinə olunmaq üçün Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb. Polis hadisə ilə bağlı işlərini davam etdirir.

Nilay 

Oxşar Xəbərlər