DÜNYA ÖZ XƏBƏR

Alman kəşfiyyatı Rusiyanın Mannheim hücumunda iştirakını inkar edir

BND: Rusiyanın Manheymdəki terrora aidiyyəti ilə bağlı iddialar əsassızdır

Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND), Almaniya mediasında Rusiyanın 2024-cü ildə Manheym şəhərində baş verən terror aktına guya aidiyyəti olması ilə bağlı yayılan məlumatların etibarsız və əsassız olduğunu bildirib.

32gun.az bildirir ki, bu barədə BND nümayəndəsi Reuters agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Almaniya televiziyası ZDF-in hazırladığı və Rusiyadan hadisə ilə bağlı edilmiş axtarış sorğularına əsaslanan jurnalist araşdırması qeyri-dəqiq məlumatlara söykənir və nəticələri etibarlı deyil. Kəşfiyyat rəsmisi vurğulayıb ki, Google Trends nəticələri təqdim edilən analiz və qiymətləndirmə metodları üçün uyğun deyil və dəlil kimi istifadə oluna bilməz.

BND nümayəndəsi qeyd edib ki, bu cür təhlil metodları ilə yalnız Rusiyanı deyil, digər ölkələri də terrorla əlaqələndirmək olar, bu səbəbdən konkret olaraq Moskvanı hədəf almaq düzgün deyil.

Qeyd edək ki, 2024-cü ilin mayında Əfqanıstan əsilli bir şəxs Manheym şəhərində İslam tənqidçisi siyasətçi Mişel Ştürtsenbergerə bıçaqla hücum etmişdi. Hadisəyə müdaxilə etməyə çalışan İraq əsilli şəxs polis tərəfindən səhvən hücum edən kimi zərərsizləşdirilmişdi. Bu zaman isə əsl cinayətkar polis əməkdaşını ağır yaralamışdı. Hadisədən sonra Almaniyada miqrasiya siyasətinin dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılmışdı.

Ayxan 

Oxşar Xəbərlər