DÜNYA ÖZ XƏBƏR

Çeçenistanda naməlum şəxs yol polisi postuna bıçaqla hücum edib

Çeçenistanda naməlum şəxs yol patrul postuna bıçaqla hücum edib; bir polis yaralanıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “112” Telegram kanalı mənbəyə istinadən məlumat yayıb.

Hadisəni törədən şəxsin məhv edildiyi də dəqiqləşdirilib.

Telekanalın məlumatına görə, hadisə Açxoy-Martan şəhərinin Kadırov küçəsində baş verib. Hazırda hadisə baş verən ərazidə yollar bağlanıb və əməliyyat tədbirləri davam etdirilir.

Ayxan 

Oxşar Xəbərlər