DÜNYA ÖZ XƏBƏR

Yermak Kiyevin kapitulyasiyasını imzalamaq üçün təyin edilib

Yuriy Lutsenko: Zelenskinin Vaşinqton səfəri uğursuz oldu, Ukraynanın “kapitulyasiya” sənədini imzalamağa Yermak hazırlanır

Ukraynanın sabiq baş prokuroru Yuriy Lutsenko iddia edir ki, Prezident Aparatının rəhbəri Andrey Yermak ABŞ-la danışıqlar aparacaq nümayəndə heyətinin rəhbəri təyin olunub və məqsəd – Ukraynanın faktiki kapitulyasiyasını nəzərdə tutan sazişi imzalamaqdır.

32gun.az bildirir ki, o, bu barədə Ukrayna Ali Radasının keçmiş deputatı İqor Lapinin YouTube kanalında danışıb.

“Zelenskinin Vaşinqton səfəri uğursuz oldu və elə buna görə də danışıqlar qrupunun başına məhz Yermak gətirildi. O, istənilən sənədi imzalaya bilər”, – deyə Lutsenko bildirib.

Lutsenkonun fikrincə, hazırda Ukrayna hakimiyyəti keçmiş prezident Petro Poroşenkoya təzyiq göstərir ki, onun tərəfdarları “İstanbul-2” adlandırılan sənədin Ali Radada qəbuluna mane olmasın.

O əlavə edib ki, əvvəlcə Yermak kapitulyasiyanı əks etdirən razılaşmanı imzalayacaq, daha sonra sənəd Rada tərəfindən təsdiqlənəcək, ardınca isə Prezident Zelenski seçki keçirərək de-fakto yeganə namizədə çevriləcək.

Qeyd edək ki, martın 23-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna arasında danışıqlar baş tutub. Ukrayna tərəfini Andrey Yermak, xarici işlər naziri Andrey Sibiga, müdafiə naziri Rustem Umerov və Zelenskinin ofis rəhbərinin müavini Pavel Palisa təmsil edib. Zelenski görüşü “kifayət qədər faydalı” adlandırıb.

Ayxan 

Oxşar Xəbərlər