DÜNYA ÖZ XƏBƏR

Məktəbli qız şkafda ölü tapılıb - DAĞISTANDA

Dağıstanın Kizilyurt rayonu Şuşanovka kəndində faciə baş verib – 12 yaşlı məktəbli qız yaşadığı evdə ölü tapılıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, onun meyiti ailə üzvləri tərəfindən şkafda aşkarlanıb.

Qızın qardaşı dərhal ilk tibbi yardım göstərməyə çalışsa da, onu xilas etmək mümkün olmayıb. Anası isə qızının cansız bədənini görəndə huşunu itirib.

Məlumata görə, azyaşlı intihardan öncə ailəsinə vida məktubu yazıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ayxan 

Oxşar Xəbərlər