Meksikanın Çiapas ştatının Ocosocoautla bələdiyyəsində reabilitasiya mərkəzinə silahlı şəxslər atəş açıb, iki polis əməkdaşı həlak olub.
32gun.az bildirir ki, bu barədə aprelin 7-də Meksikanın Formula radiostansiyası məlumat yayıb.
Hücum edənlərin tapılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başladılıb. Hadisə ilə bağlı rəsmi qurumların hələlik heç bir həbs etmədiyi dəqiqləşdirilir.
Dövlət Baş Prokurorluğu faktların müəyyən edilməsi və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün araşdırmalara başlayıb.
Ayxan