DÜNYA ÖZ XƏBƏR

Qumar oynamağa gedən qadın üç gün sonra meşədə tapılıb

ABŞ-da 74 yaşlı qadın üç gün sonra meşədə tapıldı

ABŞ-ın Miçiqan ştatında yerləşən kazinoya getdikdən sonra evə qayıtmayan 74 yaşlı Nensi Blomkvist üç gün sonra meşədə, yıxılmış ağacın yaxınlığında tapılıb.

32gun.az bildirir ki, bu barədə AP News məlumat yayıb.

Meyson dairəsi şerifinin ofisindən bildirilib ki, qadının sağ qalması möcüzə sayılır, çünki onun tapıldığı ərazidə gecələr temperatur sıfır dərəcədən aşağı düşür.

Məlumata görə, qadın 3 aprel tarixində evindən 160 km uzaqlıqdakı kazinodan qayıdarkən yanlış yola dönüb. O, vəziyyəti anlayaraq geri dönmək istəyib, lakin bu zaman avtomobili sıradan çıxaraq yanmağa başlayıb. Maşından canını qurtaran qadın heç bir əşyasını götürə bilməyib.

Blomkvist digər bir yola çıxmağa çalışsa da, sonra fikrindən daşınıb və avtomobilinə qayıtmaq istəyib. Lakin yolu itirib və yağışdan qorunmaq üçün yıxılmış bir ağacın altında sığınıb. Soyuqdan bədəni iflic olan qadın sonradan təkbaşına qalxa bilməyib.

Polis onun yanan avtomobilini taparaq axtarış sahəsini müəyyən edib. Təxminən üç gün sonra qadını axtarış dronu vasitəsilə taparaq hadisə yerindən təxliyə ediblər.

Ayxan 

Oxşar Xəbərlər