DÜNYA ÖZ XƏBƏR

Elon Mask ABŞ prezidentinin müşavirinə ağır sözlər dedi: "Axmaqdır"

ABŞ-ın tanınmış milyarderi və Tesla şirkətinin rəhbəri Elon Mask, ölkə prezidentinin ticarət siyasəti üzrə müşaviri Piter Navarronu sərt şəkildə tənqid edib.

32gun.az bildirir ki, o, X  platformasında Navarronu “tam axmaq” və “kərpic kisəsindən də ağılsız” adlandırıb. 

Amerika mediasının yazdığına görə, vaxtilə məhz Navarro keçmiş prezident Donald Trampı digər ölkələrdən idxal olunan məhsullara gömrük rüsumları tətbiq etməyə razı salmışdı.

Maskın sərt reaksiyasına səbəb olan videoçarxda Navarro Tesla-nı əsasən xaricdən alınan ehtiyat hissələrini yığan adi bir avtomobil şirkəti kimi təqdim edir. Elon Mask isə bu fikirlərə cavab olaraq bildirib ki, Tesla ABŞ-da ən çox “şaquli inteqrasiya olunmuş” avtomobil istehsalçısıdır və onun məhsullarında yerli istehsal payı ən yüksək səviyyədədir.

"Bu dedikləri açıq-aşkar yalandır. Navarro kərpic dolu kisədən də axmaqdır", – deyə Mask sosial şəbəkədə yazıb.

Mask həmçinin paylaşımında Navarronun soyadını bilərəkdən təhrif edərək, onu təhqiredici məna daşıyan sözə bənzədib.

Qeyd edək ki, Elon Mask daha əvvəl də Navarronun "qarşılıqlı gömrük rüsumları" ideyasını tənqid etmiş və Trampı bu qərarı ləğv etməyə çağırmışdı. Lakin onun bu çağırışları nəzərə alınmamışdı.

Ayxan 

Oxşar Xəbərlər