DÜNYA ÖZ XƏBƏR

Aprelin 10-da İstanbulda Rusiya-ABŞ danışıqları gözlənilir

Aprelin 10-da Türkiyənin İstanbul şəhərində Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqların ikinci raundu gözlənilir.

32gun.az bildirir ki, bu barədə TASS məlumat yayıb. 

İki ölkə arasında əvvəlki məsləhətləşmələr fevralın 27-də baş tutub. 

Aprelin 10-da İstanbulda Rusiya və ABŞ arasında məsləhətləşmələr gözlənilir, mənbə TASS-a təsdiqləyib.

"Hədəf tarix 10 apreldir" deyə agentliyin mənbəsi müvafiq suala cavab verib.

Daha əvvəl məlum olub ki, İstanbulda danışıqlarda Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.

Rusiya və ABŞ nümayəndələri arasında keçiriləcək məsləhətləşmələr iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması məsələlərinə həsr olunacaq.

Nilay 

Oxşar Xəbərlər