ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqlar 12 apreldə birbaşa formatda keçiriləcək
ABŞ və İran arasında nüvə sazişinin bərpası üzrə danışıqlar 12 apreldə Omanda birbaşa formatda keçiriləcək.
32gun.az bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit brifinq zamanı məlumat verib.
Levit bildirib ki, danışıqlar birbaşa olacaq və o, ABŞ Prezidenti ilə bağlı detallara öncədən toxunmayacağını qeyd edib.
Martın 19-da məlumat verilmişdi ki, ABŞ Prezidenti Donald Tramp 7 mart tarixli məktubunda İranın ali dini lideri Əli Xameneiyə iki ay müddətində yeni nüvə sazişinin bağlanması üçün vaxt qoymuşdu. Martın 27-də İran rəsmiləri Oman vasitəsilə Vaşinqtona cavab göndərərək birbaşa danışıqlardan imtina etdiklərini, lakin üçüncü tərəflərin vasitəçiliyi ilə danışıqlara açıq olduqlarını bildirmişdilər.
8 aprel tarixində İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verərək Tehranın ABŞ-la dolayı danışıqları üstün tutduğunu qeyd edib və hər iki tərəfin nümayəndə heyətlərinin 12 apreldə Omanda görüşəcəyini bildirmişdi.
Britaniyanın Daily Express qəzeti isə yazıb ki, əgər İran nüvə proqramı üzrə razılaşmaya gəlməsə və silah istehsalını dayandırmasa, "sentyabra qədər yox ola bilər". Nəşr qeyd edib ki, ABŞ bölgəyə bombardmançı təyyarələr və əlavə aviadaşıyıcı qrup göndərməklə Tehrana vaxtın daraldığını göstərir
Ayxan