DÜNYA ÖZ XƏBƏR

Donald Trampın ən kiçik qızı doğmamış uşağı üçün şənlik keçirib

ABŞ-ın keçmiş prezidenti Donald Trampın kiçik qızı Tifani Tramp doğulacaq uşağı üçün şənlik təşkil edib.

32gun.az bildirir ki, Şənlik haqqında məlumatı "Hola" yayıb. Tifani Trampın böyük bacısı İvanka Tramp, kiçik bacısının oğlan uşağı gözlədiyini təsdiqləyib. İvanka öz sosial şəbəkə hesabında, "Bu bazar günü Tifani üçün Piter Rabbiti mövzusunda təşkil etdiyim şənlikdə çox əyləndim!" – yazıb.

Tifani Tramp, 2022-ci ilin noyabrında nigeriyalı milyarder Maykl Bulosla evlənib. Toy mərasimi ABŞ-da, Floridadakı Mar-a-Largo malikliyində keçirilib. Fevral ayında isə Donald Tramp və İvanka Tramp ABŞ-ın Milli Futbol Liqasının (NFL) həlledici matçında Yeni Orlean şəhərində görülüblər. Onlarla birlikdə İvankanın 8 yaşlı oğlu Teodor da olub.

Nilay 

Oxşar Xəbərlər