Rusiyada Belqorod vilayətinin Yakovlevski rayonunda, Tomarovka-Rakitnoye avtomobil yolunda mülki şəxs çoxsaylı qəlpə yaraları alıb.
32gun.az bildirir ki, bu barədə aprelin 8-də vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
"Təcili tibbi yardım briqadası üz və boyun nahiyəsindən çoxsaylı qəlpə yaraları olan şəxsi orta ağır vəziyyətdə rayon klinik xəstəxanasına çatdırıb. Bütün lazımi köməkliklər göstərilir. "Bir minik avtomobili zədələnib”, - o, Teleqram kanalında yazıb.
Qladkovun sözlərinə görə, hadisə yerində təcili xidmətlər işləyir. Bununla belə, rayon rəhbəri xəsarətlərin hansı şəraitdə baş verdiyini açıqlamayıb.
Ayxan