DÜNYA ÖZ XƏBƏR

Ukrayna Rusiya aktivlərindən əldə edilən gəlirlə təminatla Aİ-dən vəsait alıb

Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən geri qaytarılmaq üçün G7 krediti çərçivəsində Avropa İttifaqından daha 1 milyard avro alıb.

32gun.az bildirir ki, bunu Ukraynanın baş naziri Denis Şmıxal öz Telegram kanalında qeyd edib. 

“Aİ ERA təşəbbüsü çərçivəsində Ukraynaya 1 milyard avro köçürüb... Bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərlə təmin edilən G7 təşəbbüsü çərçivəsində üçüncü tranşdır”.

Onun sözlərinə görə, vəsait “dövlət büdcəsinin prioritet xərclərinə” yönəldiləcək.

“Ümumilikdə, Avropalı müttəfiqlər ERA proqramı çərçivəsində Ukraynaya 5 milyard avro yardım edib”, - o qeyd edib.

Ayxan 

Oxşar Xəbərlər