Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Almatıya gedib.
32gun.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
Görüş zamanı sərhəd təhlükəsizliyinin gücləndirilməsi və mədəni-humanitar əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetiriləcək. Bundan əlavə, Böyük Vətən Müharibəsinin 80 illiyi ayrıca müzakirə olunacaq.
Müstəqil Dövlətlər Birliyi (MDB) 1991-ci il dekabrın 8-də Belovej meşəsində “Suveren Dövlətlər İttifaqının yaradılması haqqında Saziş”in imzalanmasından sonra yaradılıb. Bu təşkilat keçmiş Sovet respublikalarının “sülh yolu ilə ayrılmasının” bir forması kimi qiymətləndirilir. MDB-yə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və formal olaraq Ukrayna daxildir.
9 aprel tarixində Özbəkistan ABŞ-la kritik minerallar üzrə əməkdaşlıq sazişi imzalayıb. Saziş ABŞ-a səfər edən, investisiya, sənaye və ticarət naziri Laziz Kudratovun rəhbərlik etdiyi Özbəkistan nümayəndə heyəti tərəfindən bağlanıb.
Ayxan