DÜNYA ÖZ XƏBƏR

Şizofreniya xəstəsi 24 saat sonra tapılıb

Ağrının Patnos rayonunda itkin düşən 30 yaşlı şizofreniya xəstəsi İlhan Peker AFAD-ın koordinasiya etdiyi axtarış-xilasetmə işləri nəticəsində sağ-salamat tapılıb.

32gun.az Türkiyə mediasına istinadə xəbər verir ki, ailəsi ilə birlikdə Patnos rayonunun Özdəmir kəndində yaşayan və dünən səhər saatlarında itkin düşən İlhan Peker üçün yaxınları tərəfindən itkin düşmüş şəxs xəbəri verilib. Xəbərin ardından bölgəyə AFAD, Jandarma, UMKE, Qızıl Aypara və Hak İnsanı Yardım Derneği qrupları sövq edilib.

Cəmi 118 personal və 18 nəqliyyat vasitəsi ilə həyata keçirilən axtarış əməliyyatlarında Peker bu gün səhər saat 06.32 radələrində Bedrettin təpəsində tapılıb. Səhhətinin yaxşı olduğu bildirilən Peker ilk müdaxiləsindən sonra sağlamlıq qruplarına təhvil verilib.

Ayxan

Oxşar Xəbərlər