Türkiyədə Samsunda Sultan Günaydın (59) mübahisə zəminində müəllim işləyən qızı Tuba Bahar Günaydın (34) qızını boğaraq, boynunu sındıraraq öldürüb. Qızının biləyini kəsərək hadisəni intihar görüntüsü verməyə cəhd etdiyi aşkarlanan Ana Sultan Günaydın həbs edilib.
32gun.az Türkiyə mediasına istinadə xəbər verir ki,
Hadisə saat 03.30 radələrində Atakum rayonu Esenevler məhəlləsində baş verib. İddiaya görə; Sakarya İbtidai məktəbinin Psixoloji Məsləhət və Rəhbərlik (PDR) müəllimi Tuba Günaydın ilə anası Sultan Günaydın arasında mübahisə düşüb. Mübahisə böyüdükcə evin hamamında ana ilə qız arasında dava düşüb. Sultan Günaydın daha sonra 112 Təcili Zəng Mərkəzinə zəng edərək qızının biləyini kəsərək intihar etdiyini bildirib. Ünvana polis və tibb qrupları göndərilib. Araşdırmalar zamanı məlum olub ki, Tuba Günaydın boğazı sıxıldıqdan sonra boynu qırılaraq öldürülüb. Anası isə qızının biləyini intihara bənzətmək üçün kəsib.
2021-ci ildə ərindən ayrıldığı öyrənilən və subay olan Tuba Günaydın yarılma üçün Samsun Ədli Tibb Qrup Başçılığına aparılıb. Polis qrupları tərəfindən saxlanılan Sultan Günaydın törətdiyi cinayəti etiraf edərək, "Hadisə baş verən gecə divanda uzanmışdım. Qızım vanna otağında dişlərini fırçalayırdı. Məni yanına çağırdı. Yanına gedəndə mənə hücum etdi. Onu itələdim, yerə yıxıldı. Ayağa qalxıb yenidən mənə hücum etdi. Bu dəfə onu yerə yıxdım və özümü xilas etdim. Ölmüşdü, mətbəxdən bıçağı götürdüm, onun sol biləyini kəsdim, intihar etmiş kimi göstərdim və polisə xəbər verdim” deyib.
Şübhəli saxlanılaraq həbs edilib.
Ayxan