DÜNYA ÖZ XƏBƏR

Yanan evdə tapılan meyitin şəxsiyyəti müəyyənləşib

Kastamonuda yanan evdə olan meyitin ev sahibinə aid olduğu aydın olub .

32gun.az Türkiyə mediasına istinadə xəbər verir ki, 
Hadisə Esentəpə məhəlləsində Atak küçəsində baş verib. Məlumata görə, Turqut Çelikə məxsus tək mərtəbəli fərdi evdə naməlum səbəbdən yanğın baş verib . Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları sövq edildi. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın digər evlərə keçmədən nəzarət altına alınaraq söndürülüb. Soyutma əməliyyatı aparan qruplar evin dəhlizində şəxsiyyəti məlum olmayan meyit aşkarlayıb.

Bunun üzərinə Respublika Prokurorluğu və Hadisə Yeri Araşdırma qrupları yanğının baş verdiyi evdə araşdırma etdi. Qrupların apardığı araşdırmalar nəticəsində meyitin ev sahibi Turqut Çelikə aid olduğu öyrənilib. Çelikin təxminən 1 ay əvvəl Kastamonu Təhsil və Araşdırma Xəstəxanasından təqaüdə çıxdığı və arabir vaxt keçirmək üçün Esentepe Məhəlləsindəki evinə gəldiyi öyrənilib.

Evin müayinəsindən sonra Çelikin cəsədi Kastamonu Təhsil və Araşdırma Xəstəxanasının meyitxanasına aparılıb.

Hadisə ilə bağlı istintaq davam edərkən, Çelikin yaxınları hadisə yerində əsəb böhranı keçirib.

Ayxan

Oxşar Xəbərlər