DÜNYA ÖZ XƏBƏR

SUV tipli avtomobillə minik avtomobili toqquşdu: 6 nəfər yaralandı

Samsunun İlkadım rayonunun Karasamsun məhəlləsində baş verən yol qəzasında 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

32gun.az Türkiyə mediasına istinadə xəbər verir ki, hadisə Doğan Hisar küçəsində hərəkətdə olan Murat K.-nın idarə etdiyi 55 ALU 842 dövlət nömrə nişanlı SUV tipli avtomobillə (idman təyinatlı avtonəqliyyat), 298-ci küçədə hərəkət edən Kadirhan A.-nın sürdüyü 34 RCP 55 nömrəli minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Qəza zamanı hər iki sürücü ilə yanaşı, SUV avtomobilində olan Uğurcan T.Baran T., minik avtomobilində olan Emine A.Turhan A. da yaralanıblar. Yaralılar təcili tibbi yardım vasitəsilə ətrafdakı xəstəxanalara yerləşdiriliblər.

Toqquşma nəticəsində avtomobillər istifadə olunmaz hala düşüb. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Ayxan

Oxşar Xəbərlər