DÜNYA ÖZ XƏBƏR

Neft və Bitkoin qiymətləri Trampın tarif elanından sonra qalxdı

Aprelin 9-da ABŞ prezidenti Donald Tramp Çindən gələn mallara gömrük rüsumlarını 125%-ə qaldırdı, daha sonra 75-dən çox ölkə üçün tarif artımını 90 gün müddətinə dayandırdığını açıqladı.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra neft və bitkoinin qiyməti artıb, Rusiya fond bazarında da vəziyyət yaxşılaşıb. 

Tramp tarifləri 90 gün müddətinə dayandırmaq qərarını açıqladıqdan sonra Brent markalı neftin qiyməti 3,9% artıb. Onun qiyməti 63,3 dollar/barelə çatıb. ABŞ prezidenti fasilə elan etməzdən əvvəl neftin bir barelinin qiyməti 59 dollardan aşağı idi.

CoinMarketCap-ın məlumatına görə, Trampın bəyanatından sonra Bitcoin-in qiyməti 5,5% artaraq 80 min dolları keçib.

Bundan əvvəl bildirilmişdi ki, aprelin 10-dan Çində Amerikadan gələn mallara rüsumlar qüvvəyə minəcək ki, bu da 84%-ə bərabər olacaq . Bundan sonra Tramp bildirib ki, Çin dünya bazarlarına kifayət qədər hörmət etmir və onların mallarına rüsumları 125%-ə qaldırıb .

Bunun ardınca Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala tariflər səbəbindən qlobal ÜDM-in 7% azala biləcəyini söyləyib

Ayxan 

Oxşar Xəbərlər