DÜNYA ÖZ XƏBƏR

Hərəkətdə olan sərnişin avtobusunda yanğın baş verib

Hatayın Antakya-İskenderun yolunun Kıcı məhəlləsində, Hatay-Sivas hərəkət edən və içində 5 sərnişin olan  sərnişin avtobusunda yanğın baş verib.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, avtobusun ön hissəsində yaranan yanğını fərq edən sürücü, sərnişinləri avtobusdan endirərək təhlükəsizlik tədbirləri görüb.

Ətrafdakı bir vətəndaşın sürətli müdaxiləsi ilə alovlar yanğın balonuilə söndürülüb. Hadisə yerinə gələn yanğınsöndürənlər, avtobusda soyutma işləri aparıb. Yanğında xəsarət alan və ya həyatını itirən olmayıb, lakin avtobusda müəyyən ziyan meydana gəlib.

Nilay

 

Oxşar Xəbərlər