Almaniya Federal Statistika İdarəsi (Destatis) ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarının (İKT) istifadəsi ilə bağlı 2024-cü ilin məlumatlarını açıqlayıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq olaraq, ötən il Almaniyada 16-74 yaşlı insanların 4 faizi ümumiyyətlə internetdən istifadə etməyib. Bu göstərici ölkədə təxminən 2,8 milyon insana uyğundur.
"Destatis"in açıqlamasında, "Gündəlik təyin etmək, bilet sifariş etmək və ya pul köçürmək kimi bir çox xidmətlər indi demək olar ki, yalnız internet üzərindən təklif edilsə də, internetsiz gündəlik həyatı davam etdirmək getdikcə çətinləşir" qeyd edilib.
Almaniyada keçən il internetdən ümumiyyətlə istifadə etməyənlərin ən yüksək nisbəti yüzdə 12 ilə 65-74 yaş qrupunda görüldü. 45-64 yaş qrupunda bu nisbətin yüzdə 4 olduğu aşkar edilərkən, 16-44 yaş qrupunda cəmi 2 faiz olmuşdur.
Ayxan