Almatı şəhərində, çoxmərtəbəli yaşayış binasının damında naməlum şəxslər tərəfindən fərdi ev inşa edilib.
32gun.az bildirir ki, bu barədə Nur.kz portalı məlumat verib.
Jurnalistlərin verdiyi məlumata görə, ev Cümaliyeva küçəsində yerləşir və hazırda sosial şəbəkələrdə onunla bağlı video geniş yayılmaqdadır. Yerli hakimiyyətlər qeyri-adi tikinti ilə bağlı məlumatlara artıq reaksiya veriblər.
"Almatı şəhərinin şəhərsalma nəzarəti idarəsinin məlumatına görə, hazırda obyektin hüquqi statusunu təsdiqləmək üçün arxiv sənədləri toplanacaq və planlaşdırılmamış yoxlama keçiriləcək", - deyə məmurlar bildiriblər.
Qeyd olunur ki, fərdi ev 2012-ci ildən istifadəyə verilib.
Daha əvvəl isə, Almatıda Qazaxıstanın hüquq-mühafizə orqanları, xüsusilə böyük məbləğdə fırıldaqçılıq etməkdə şübhəli bilinən bir Rusiya vətəndaşını saxlayıblar. Onun dövlətə vurduğu ziyanın məbləği 23 milyon rubldan çoxdur.
Nilay