DÜNYA ÖZ XƏBƏR

Qadın 6 aylıq qızını ağladığına görə döyüb, araşdırma başlayıb

Dağıstanda 31 yaşlı qadın 6 aylıq qızını ağlamaqla onun yuxusunu pozduğu üçün döyüb.

32gun.az bildirir ki, bu barədə bölgənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Kizlyar rayonunda baş verib. Evdə olan qadın körpəni dəfələrlə döyüb. Bundan sonra uşağın vəziyyəti pisləşib, və o, bədənində cırıq və döyülmə izləri ilə xəstəxanaya yerləşdirilib.

Polis idarəsinə aparılan qadın bildirib ki, "yorğun vəziyyətdə olub və istirahət etməyə çalışırmış, lakin uşaq ağlayaraq onun yuxusunu pozub".

Məlum olub ki, körpənin böyük qardaşı da var və o, dəfələrlə atası tərəfindən döyülüb. Atanın psixi xəstəliyi olduğu və Psixonevroloji Dispanserdə qeydiyyatda olduğu bildirilir. Hazırda ailə ilə hüquq-mühafizə orqanları məşğuldur. İşə qəyyumluq orqanları və sosial xidmət nümayəndələri də cəlb olunacaq.

İstintaq Komitəsi əlavə edib ki, baş verənlərlə bağlı prosessual yoxlama başlanıb və hadisənin detalları araşdırılır.

"Rusiya İstintaq Komitəsinin sədri Dağıstan üzrə İstintaq İdarəsinin rəhbəri D.V. Belyayeva cinayət işi başlamağı və hesabat təqdim etməyi tapşırıb", — deyə qurumun açıqlamasında bildirilir.

Hadisə Dağıstan Respublikası Prokurorluğunun nəzarətindədir.

Nilay 

Oxşar Xəbərlər