Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukrayna Slovakiya və Macarıstanı Rusiya ilə müharibəyə cəlb etmək niyyətindədir.
32gun.az bildirir ki, bu barədə o, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla Antalyada keçirdiyi görüşdən sonra sosial şəbəkə X-də paylaşım edib.
“Onlar slovaklara və bizə təzyiq göstərərək bizi Rusiya-Ukrayna müharibəsinə çəkmək istəyirlər,” – deyə Orban vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna bu məqsədlə “Brüsseldəki bürokratlarla əlbir olaraq” öz ərazisindən keçən qaz kəmərini bağlayıb. Nəticədə Macarıstanın şərq bölgəsinə qaz tədarükü demək olar ki, dayanıb. Orban əlavə edib ki, hazırda ölkəsi şərqdən deyil, cənubdan – Türkiyədən enerji alır.
“Türk Axını qaz kəməri olmasaydı, Macarıstanın enerji ilə etibarlı təchizatı və aşağı enerji qiymətlərini qorumaq mümkün olmazdı,” – deyə o qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Estoniya XİN rəhbəri Markus Tsaxkna bəyan etmişdi ki, Viktor Orbanın mövqeyinə görə Rusiya 240 milyard avro dəyərində dondurulmuş ehtiyatlarını geri ala bilər.
Ayxan