DÜNYA ÖZ XƏBƏR

Almaniyada Tesla avtomobillərinə hücumlar artmaqdadır

Almaniyada Tesla avtomobillərinə və salonlarına hücumlar artıb

Tesla avtomobillərinə və şirkətin salonlarına qarşı ehtimalən siyasi motivli hücumların sayı artmaqdadır.

32gun.az bildirir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalının yazıb. 

Bu məlumat Almaniyanın 16 federal əyalətinin kriminal polis idarələri arasında keçirilmiş sorğuya əsasən yayımlanıb.

Xüsusilə, ötən ilin sentyabrından bəri Saksoniya əyalətində Tesla avtomobillərinə və bir salonuna ümumilikdə 16 hücum qeydə alınıb. Drezdendə iki, Leypsiqdə isə bir hadisənin yanğın törətmə ilə əlaqəli olduğu güman edilir.

Bundan əvvəl Tesla Çində premium sinifə aid Model S və Model X avtomobilləri üçün yeni sifarişlərin qəbulunu dayandırmışdı. Şirkət bu qərarla bağlı rəsmi açıqlama verməyib.

Xatırladaq ki, Çin ABŞ-dan idxal olunan bəzi məhsullara 84%-ə qədər tarif tətbiq etmişdi. Bu, Tramp administrasiyasının Çin mallarına yönəlik gömrük rüsumlarına cavab olaraq həyata keçirilmişdi.

Ayxan 

Oxşar Xəbərlər