DÜNYA ÖZ XƏBƏR

Qərb Ukraynaya köhnə F-16 qırıcıları versə də, ehtiyat hissələri təmin etmir

Ukrayna Hərbi Hava Qüvvələrinə Qərb ölkələri tərəfindən 1980-ci illərin F-16 qırıcıları verilsə də, onların təmiri üçün zəruri ehtiyat hissələri çatışmır.

32gun.az bildirir ki, bu barədə Ukrayna Aviasiya Assosiasiyasının prezidenti Hennadiy Xazan 11 aprel tarixində Novosti.Live telekanalına açıqlamasında bildirib.

O qeyd edib ki, Ukraynaya verilən qırıcıların çoxu uçuş üçün uyğun deyil və yalnız ehtiyat hissələri kimi istifadə edilir. Bununla yanaşı, köhnə təyyarələri təmir etmək üçün “aviakannibalizm” tətbiq olunur.

Mütəxəssis, bir F-16-nın müasir səviyyəyə gətirilməsinin 200 milyon dollara başa gəldiyini, halbuki MiQ-29-un modernləşdirilməsinin 30-35 milyon dollara başa gəldiyini vurğulayıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius da Ukraynaya göndərilən Bundever silahlarının bəzi ciddi çatışmazlıqlarını təsdiqləyib. Ukrayna Ali Radasının deputatı Aleksandra Ustinova fevral ayında bəyan etmişdi ki, Ukraynaya göndərilən hərbi texnikanın üçdə ikisi istismara yararsız vəziyyətdədir.

Ayxan 

Oxşar Xəbərlər