Podmoskovyedə məhkum olunmuş sərxoş şəxs üç avtomobili atəşə tutub
Moskvaətrafı Podolsk şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş və sərxoş vəziyyətdə olan bir kişi üç avtomobili atəşə tutub.
32gun.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisə ilkin məlumata görə, Podolsk şəhərinin Krasnoqvardeyski bulvarında yerləşən yaşayış binalarından birinin yaxınlığında baş verib. Şahidlərin sözlərinə görə, kişi silaha bənzər bir əşya ilə bir neçə dəfə park edilmiş avtomobillərə atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Polis əməkdaşları hadisəni törədən şəxsi müəyyən edərək saxlayıblar. Onun 2003-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş yerli sakin olduğu bildirilib. Onun üzərindən pnevmatik tapança götürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır, detallar və başvermə şəraiti müəyyənləşdirilir.
Xatırladaq ki, daha əvvəl Rostov-na-Donuda tanınmayan şəxs dərs vaxtı məktəbin pəncərələrinə atəş açmışdı. Müəllimlər dərhal hüquq-mühafizə orqanlarını məlumatlandırmışdı.
Ayxan