DÜNYA ÖZ XƏBƏR

İran mətbuatı: ABŞ ilə dolayı danışıqlar yazılı mətnlər vasitəsilə aparılacaq

İranın nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlar sabah Omanda başlayacaq.

32gun.az bildirir kimi, İran mətbuatı Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidinin vasitəçiliyi ilə paytaxt Maskatda keçiriləcək danışıqların formatı ilə bağlı təfərrüatları paylaşıb. Məlumatlara görə, İranın xarici işlər naziri Abbas Arakçi ilə ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş tərəflərin bir-birinə yazılı mətnlər göndərdiyi formatda keçiriləcək və birbaşa təmas olmayacaq.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında "İranla birbaşa danışıqlar aparırıq və onlar şənbə günü də davam edəcək. Çox vacib görüşümüz var, nə olacağını görəcəyik" deyib. Trampın bəyanatından sonra İranın xarici işlər naziri Abbas Arakçi danışıqları təsdiqləsə də, təmasların birbaşa deyil, dolayı yolla aparılacağını bəyan edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bu gün deyib: "Biz diplomatiyaya real şans veririk. ABŞ düşmənçilik ritorikasına baxmayaraq, bu qərarı yaxşı dəyərləndirməlidir".

Digər tərəfdən, İranın ali dini lideri Ayətullah Əli Xameneinin siyasi müşaviri Əli Şamxani bu gün səhər saatlarında sosial media hesabında bunları paylaşıb: "İranın xarici işlər naziri ABŞ-la dolayısı ilə danışıqlar aparmaq üçün tam səlahiyyətlə Omana gedir. Tehran media tamaşasından uzaq, real və ədalətli bir razılaşma istəyir. Vaşinqton üçün vacib və işlək razılaşmanın əldə olunması üçün vacib və işə yarayacaq bir yol göstərəcək". 

Ayxan 

Oxşar Xəbərlər