DÜNYA ÖZ XƏBƏR

Putin və Vitkoff danışıqları yekunlaşdırıb

Prezident Vladimir Putin və Amerika liderinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında danışıqlar başa çatıb.

32gun.az bildirir ki, bu barədə RİA Novosti yazıb.

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında Sankt-Peterburqda keçirilən görüş 3 saatdan çox  davam edib.

Danışıqlar Prezident Kitabxanasında aparılıb. Rusiya nümayəndə heyətini prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri , prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil ediblər 

Ağ Ev eyni gün Whitkoffun Rusiyaya səfərini təsdiqləyərək, onun Ukraynada atəşkəsin yaradılması və nəhayət, sülh sazişinin əldə edilməsi istiqamətində növbəti addım kimi əhəmiyyətini vurğulayıb.

Ayxan 

Oxşar Xəbərlər