İstanbulda maskalı şəxslər hamilə qadını və yanındakı kişini güllələyiblər.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Şişli Kuştəpə məhəlləsində Yavru Kuş küçəsində baş verib.
maskalı hücumçular beş mərtəbəli binanın birinci mərtəbəsindəki mənzilə daxil olublar. O, Gültəkin Gezer (23) və hamilə olan Kader Küçük Coşkunu tapança ilə vurub. Silah səsləri eşidildikdən sonra xəbər alan polis qrupları hadisə yerinə sövq edilib. Hadisə yerinə tibb qrupları da gəlib. Gezer və Coşqunun həyatını itirdiyi müəyyən edilib.
Gezer və Coşqunun cəsədlərinin Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparıldığı, polisin hadisə yerində araşdırmasının davam etdiyi bildirilib.
Ayxan